Dərc edilib: 04-02-2020

https://www.nuh.az/22431-.html

31 barmaqlı qadını cadugər elan edib, cəmiyyətdən təcrit etdilər (FOTOLAR)

04.02.2020 13:32:05

Dünya
Hindistanda 31 barmağı olan 63 yaşlı Kumari Nayak adlı qadın cadugər elan edilərək, cəmiyyətdən təcrid edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 19 ayaq, 12 əl barmağı olan Nayak dünyanın ən çox barmaqlı insanı olaraq Ginnesin Rekordlar Kitabına düşüb. Lakin həyatı olduqca çətindir. Xəsətliyi səbəbindən həyatı boyu evdə qalmaq məcburiyyətində olduğunu deyən 63 yaşlı qadın ailəsinin kasıb olması səbəbindən müalicə ola bilmədiyini və qonşularının onu cadugər adlandırdığını, küçədə görəndə qaçdıqlarını bildirib:

"Qonşularımız batil inanclara çox düşkündürlər. Bəzən mənim vəziyyətimi görməyə gəlirlər, amma heç vaxt kömək etmirlər".
Qeyd edək ki, Hindistanda batil inanclar geniş yayılıb. Bəzi bölgələrdə qara cadu ilə məşğul olduğu iddia edilən qadınlar cadugər adlandırılaraq öldürülür. Dövlət bunun qarşısını almaq üçün qanunlar qəbul etsə də, lakin yetərli deyil. Milli Cinayət Qeydiyyatı Bürosunun hesabatına görə, Hindistanda 134 nəfər cadugərlikdə ittiham edilərək, öldürülüb.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib