Dərc edilib: 04-02-2020

https://www.nuh.az/22435-.html

2 uşaq anası ərini atıb ərəbə qaçdı – Video

04.02.2020 14:49:13

LIVE

“Space Tv”də yayımlanan “Gəl dərdini danış”da inanılmaz anlar yaşanıb. Vaqif adlı şəxs arvadının onu ataraq ərəbə qaçdığını bildiri: “Həmin qadından iki oğlum var. O, məndən 30 yaş balacadır. Öz istəyi ilə mənimlə evlənmişdir. Mənim 3 rəsmi, bir qeyri-rəsmi arvadım olub.


Amma bu qadını da sevmişəm. Bir gün gördüm ki, qadın yoxdur. öyrəndim ki, iki uşağını atıb ərəbə ərə gedib. İlk olaraq inanmadım. Sonra həqiqət olduğunu bildim. Uşaqlar məndə idi. İkisini də gəlib apardı. Daha sonra böyük oğlum yanıma gəldi”.

Onun sözlərinə görə bu işi düzüb-qoşan qızın yaxınları olub. Daha sonra aparıcı Amil Xəlil uşağın düşüncələrini də paylaşıb. “Uşaq anasını da çox istəyir, atasını da. Amma atasında qalmaq fikrinin qəti olduğunu bildirir”, – deyə Amil Xəlil qeyd edib.

Bu gün 12:50 də ərəbə qaçan qadının açıqlaması və Vaqif bəyin oğlunun “Ərəb atalığını yoxsa, əsl atasını istəməsinin rəsmi açıqlaması da olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib