Dərc edilib: 04-02-2020

https://www.nuh.az/22440-.html

MSK sabah Fərəc Quliyevin məsələsinə baxacaq

04.02.2020 17:47:21

Cəmiyyət

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayəti Mərkəzi Seçki Komissiyasına daxil olub.


Bu barədə "Qafqazinfo"ya MSK-dan bildirilib.

Qeyd edək ki, müraciətə yaxın günlərdə keçirilən iclasda baxılacaq.

Qeyd edək ki, tanınmış bloqqer Mehman Hüseynov  31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyevin səs yazısını yayıb. Səsyazısında F.Quliyev M.Hüseynova “Mənə dəstək ver, qarşılığında isə sənə maddi kömək edim. Bu, 10-15 min manat da ola bilər”, – deyib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib