Dərc edilib: 04-02-2020

https://www.nuh.az/22441-.html

Elman Məmmədova qarşı opponenti “erməni məsələsi” ilə çıxır - VİDEO

04.02.2020 18:39:44

Region

Vəkil Elxan Süleymanlı seçiciyə: “Yox e, Elmana dediyini denən, mən çıxım gedim, mənə heç nə lazım deyil”

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Elman Məmmədovla rəqibi Elxan Süleymanov arasında mübarizədə maraqlı hadisələr baş verir.  Xeber.de-nin məlumatına görə, həmin dairədən namizədliyini müstəqil irəli sürən vəkil Elxan Süleymanlı seçicilərdən biri ilə söhbəti əks olunan videoda olduqca ilginc məqamlar yer alır. 

Seçici:

- Ə müəllim, bircə dəqiqə, sən mənim canım, razılıq almısan yoxsa yox?

Elxan Süleymanlı:

- Mən sənin razılığını almışam.

S: Mənim ağzımla qanad ölçən kimdir?

E: Niyə?

S: A kişi, boş söhbətdir, sənləyəm, boş söhbətdir. 

E: Yox eee, Elmana dediyini denən, mən çıxım gedim, mənə heç nə lazım deyil. 

S:  Dedim ki, uşaq dayısına güllə atmaz.

Digər bir videoda da Elxan Süleymanlının başqa seçicilərlə görüşündə yenə də söhbət mövzusu Elman Məmmədov, yenə də eyni mövzu ortaya atılır. Vəkil Elxan Süleymanlı Elman Məmmədovun öz yaxın qohumlarından birini qaçırması haqda seçiciyə yönəlik fikirlər işlədir. Ardından  Elman Məmmədovun erməni qohumları olması haqda məlumatlar müzakirə mövzusuna çevrilir.

Ətraflı VİDEO-da:


NUH informasiya agentliyi səhifəsindən çap edilib