Dərc edilib: 05-02-2020

https://www.nuh.az/22449-.html

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger

05.02.2020 00:37:05

Region

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov “ATV maqazin onlarla” verilişinin qonağı olub.


"Qafqazinfo" xəbər verir ki, geniş tamaşaçı kütləsinə sahib olan Həsənov qonaq olduğu verilişdə bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

Gənc bloger ikinci sinfədək Bakıda oxuduğunu bildirib:

"Azərbaycana getməyi sevirəm. Çünki ora mənim vətənimdir. Bakının Bülbülə qəsəbəsindənəm. Orada istirahət etməyi də, qohumlarıma baş çəkməyi də sevirəm. Bakı çox dəyişib, gözəlləşib. Mən ikinci sinfədək orda oxumuşam. Çoxları elə bilir ki, Azərbaycan dilində danışa bilmirəm. Amma mənə rus dilində danışmaq daha asandır. Çünki burda yaşamışam". 

H.Həsənov universitetə sevdiyi qıza görə getdiyini açıqlayıb:

"Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini bitirmişəm. 5 il oxumuşam, iqtisadçıyam. Sonra Moskvaya gəldim. Diploma heç ehtiyacım olmadı. Heç bilirsiniz universitetə necə qəbul olmuşam? Orada bir qız vardı, çox xoşuma gəlirdi və o qız həmin universitetə qəbul oldu. Mən vəkil olmaq istəyirdim. Elə alındı ki, o qıza görə həmin universitetə getdim və nəticədə 5 il oxudum. Mən hətta oxuduğum müddətdə bilirdim ki, ixtisasım üzrə işləməyəcəm. Universitet daha çox yaxşı təcrübədir. Mən orada yaxşı dostlar tapdım, hansı ki, instaqram üçün videolar çəkməyə başladıq. Heç də peşman olmadım". 

 

 

Bloger izləyicisinə avtomobil hədiyyə etməsindən də danışıb:

"Hədiyyə vermək mənim xoşuma gəlir. Bir gün düşündüm ki, İnstaqramda öz hekayə bölməmdə niyə də etməyim. Axşam idi və mətbəxdə oturmuşdum. Telefonu götürüb yazdım ki, sabah izləyicilərimdən biri bu maşına sahib olacaq. Bir də gördüm ki, hər bir saatdan bir izləyicilərimin sayı 100 minə kimi artdı. Bəlkə də bunu ömrümün sonuna kimi xatırlayacam. Bir çox blogerlər məndən sonra bunu təkrarlamaq istədilər, amma alınmadı. Çünki kütlə reallığı sevir. Mən heç vaxt izləyicilərimi aldatmamışam. Ukraynadan bir qız qalib gəldi və gəlib maşını apardı". 

 

 

İnstaqramda 13 milyon izləyicisi olan sosial şəbəkə fenomeni evlənmək istədiyini də bildirib: 

"Subayam. Amma evlənmək istəyirəm. Evlənəcəyim xanımı tapmaq çox çətindir. Hələ ki qarşıma çıxmayıb, amma çıxar. Son olaraq gənclərə demək istəyirəm ki, öz arzularının ardınca getsinlər. Mən bir neçə il əvvəl mağazada işləyirdim. Amma indi öz restoranımı açmışam". 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib