Dərc edilib: 05-02-2020

https://www.nuh.az/22455-.html

“Polad Bülbüloğlunun mahnıları ilə böyümüşəm” - Video

05.02.2020 08:39:07

Maqazin

“Polad bizim ürəyimizdir. Poladın mahnıları ilə böyümüşəm, çünki mənim anam və atam onu çox sevirdilər, pərəstiş edirdilər”.


“Qafqazinfo”nun məlumatına görə, bu sözləri “Vestnik Kavkaza” ilə söhbətində rusiyalı aktyor, Oleq Tabakov adına teatrın bədii rəhbəri Vladimir Maşkov Xalq artisti Polad Bülbüloğlu barədə danışarkən deyib.

“Bizdə onun plastinkaları var idi. İlk oxuduğum mahnılardan biri “Doqonyu” olub. Bu, mənim idi. Ona görə də Azərbaycana salamımı, sevgimi çatdırıram”, - Tabakov əlavə edib.

Bundan əlavə, aktyor Bakı ilə bağlı da təəssüratlarını bölüşüb: “Mən Bakıda olmuşam. Bu çox əsrarəngiz və gözəl şəhərdir. Məni daim ora dəvət edən çoxlu dostlarım var”.

Qeyd edək ki, fevralın 4-də bəstəkar, müğənni, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olub.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib