Dərc edilib: 05-02-2020

https://www.nuh.az/22457-.html

Bu ölkələr İrandan qara qutuları istəyir

05.02.2020 09:10:01

LIVE

Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və Ukrayna İrandan yanvarın 8-də Tehranda qəzaya düşmüş təyyarənin qara qutularının onlara verilməsini tələb edir.


“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin beynəlxalq koordinasiya qrupu ilə görüşün nəticələrinə əsasən hazırlanmış bəyanatında deyilir.

“Bütün ölkələr İranın qara qutuları vermək istəməməsindən narahatdır. İran tam və açıq əməkdaşlığa hazır olduğunu nümayiş etdirmək üçün dərhal qara qutuları təhvil verməyə borcludur”, - deyə sənəddə qeyd edilir. Həmçinin, bildirilir ki, müvafiq prosedur Beynəlxalq Mülki Aviasiya Təşkilatının nizamnaməsində də göstərilib.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib