Dərc edilib: 05-02-2020

https://www.nuh.az/22467-.html

Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən düşərək ölüb

05.02.2020 16:34:33

LIVE

Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən düşərək ölüb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 4-ü Nizami rayonunda baş verib. Binanın altıncı mərtəbəsində valideynləri ilə birgə yaşayan 2017-ci il təvəllüdlü Mehdi Sərdarlı mətbəx otağının pəncərəsindən yıxılaraq hadisə yerində vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başladılıb, istintaq davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib