Dərc edilib: 05-02-2020

https://www.nuh.az/22471-.html

MSK Fərəc Quliyevin səsyazısı ilə bağlı qərar verdi

05.02.2020 17:47:38

Maraqlı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb.


"Qafqazinfo" xəbər verir ki, müraciəti səsləndirən MSK üzvü Ramiz İbrahimov bildirib ki, namizəd Mehman Hüseynov müraciətində bildirib ki, eyni dairədən olan namizəd Fərəc Quliyev təşviqat dövründə ona müraciət edib.

M. Hüseynov qeyd edib ki, Fərəc Quliyev onun mobil telefonuna yığaraq görüşmək istədiyini bildirib. F. Quliyev onunla təkbətək görüşüb və namizədliyinin geri götürülməsi üçün 15 min manat pul təklif edib. Audiomaterial sosial şəbəkələrdə geniş yayılıb. 

MSK məsələyə baxaraq Fərəc Quliyevə xəbərdarlıq edib.

***

Araşdırma dövründə Fərəc Quliyevin izahatı alınıb və o qeyd edib ki, söhbət 45 dəqiqə davam edib. Səs yazısı montaj edilib və 10 dəqiqəlik səs yayımlanıb.

Bu zaman MSK Mehman Hüseynovla da əlaqə saxlayıb. Ramiz İbrahimov əlavə edib ki, Mehman Hüseynova həmin audioyazının tam hissəsini MSK-ya təqdim etmək təklif edilib: “Ancaq o bunu bizə təqdim etməyib. Bildirib ki, lazım olsa KİV-də bunu tam yayımlayacaq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib