Dərc edilib: 05-02-2020

https://www.nuh.az/22476-.html

Türkiyədə qar uçqununda ölənlərin sayı 38 oldu - Fotolar

05.02.2020 22:56:33

LIVE

Türkiyənin Van bölgəsində yenə qar uçqunu baş verib.


“Qafqazinfo”nun “hurriyet”ə istinadən xəbərinə görə, ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə qrupları (UMKE) və digər xilasetmə briqadası təbii fəlakətlə üzləşib.

Rayonun bələdiyyə sədri Meki Arvas bildirib ki, əraziyə 300 xilasedici cəlb edilib. Bu zaman orada qar uçqunu baş verib. Nəticədə, 50 nəfər və 5 avtomobil uçqun altında qalıb. 25 nəfər sağ çıxarılıb.

Xatırladaq ki, ötən gün sözügedən ərazidə baş vermiş qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib.

***

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan da qar uçqunu altında qalanlar arasında olub. O, yaralı olaraq xilas edilərək xəstəxanaya yerləşdirilib.

 

Gülşən Orxan

***

Daxili İşlər naziri Süleyman Soylu hadisə nəticəsində 8 nəfərin vəfat etdiyini açıqlayıb. 

Onun sözlərinə görə, 10-15 nəfər qar uçqunu altında qalıb, 30-35 nəfər çıxarılıb.

***

Van Valisi Mehmet Emin Bilmez uçqun nəticəsində 8-i hərbçi, 6-sı xilasedici, 9-u mülki şəxs olmaqla 23 nəfərin öldüyünü açıqlayıb.

***

Son məlumatlara görə, ölənlərin sayı 26 nəfərə çatıb, 53 nəfər yaralı olaraq xəstəxanalara yerləşdirilib.

Qar uçqunu altında dəqiq neçə nəfərin qaldığına dair məlumat verilmir.

***

Bölgədə üçüncü dəfə qar uçqunu olacağı barədə xəbərdarlıq edilib.

***

Vanda ikinci qar uçqununda ölənlərin sayı 33 nəfərə yüksəlib. Bununla da hər iki faciədə ölənlərin sayı 38 olub. 

 






NUH informasiya agentliyi səhifəsindən çap edilib