Dərc edilib: 06-02-2020

https://www.nuh.az/22482-.html

Senatorlar Trampın impiçmentinə “yox” dedi

06.02.2020 09:41:47

Dünya

ABŞ Senatı prezident Donald Trampın impiçmentinə qarşı çıxdı.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o barəsində impiçment qərarı qəbul edilməyən sayca 3-cü prezident olub.

 

Trampa qarşı ilk ittihama görə Senatın 48 üzvü, ikinci ittihama görə isə 47 üzvü impiçmentə səs verib. Amma eyni ittihamlar üzrə “yox” deyən senatorların sayı müvafiq olaraq 52 və 53 olub.

 

Trampın prezident postunu tərk etməsi üçün isə senatorların üçdə iksinin səsi lazım idi. Onu Ukraynaya hərbi yardımı dayandırmaq və bu məsələ ətrafında araşdırmalara mane olmaqda ittiham edirdilər. Bu dövlət başçısının vəzifə səlahiyyətlərini aşması kimi dəyərləndirilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib