Dərc edilib: 06-02-2020

https://www.nuh.az/22484-.html

Mingəçevirdə həyətə yaralı pelikan düşüb - Foto

06.02.2020 09:58:11

LIVE

Mingəçevir sakininin həyətinə yaralı pelikan quşu düşüb. 


“Qafqazinfo”nun xəbərinə görə, küləkli havada yüksək gərginlikli elektrik xətlərinə dəyən canlı ayağının birindən zədə alıb. 

Yaralı pelikan quşunu Elşad Zülfüqarov 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına təhvil verib. İdarə əməkdaşları quşu götürərək baytar nəzarətinə verib. 

Pelikan quşu tam sağaldıqdan sonra vəhşi təbiətə buraxılacaq. 

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib