Dərc edilib: 06-02-2020

https://www.nuh.az/22485-.html

Bakıda hündürmərtəbəli binada yanğın: uşaq xilas edildi

06.02.2020 10:09:28

LIVE
APA   xəbər verir ki, hadisə Babək prospektində yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində qeydə alınıb.

Binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzildə alov mətbəxdə başlayıb. Evdə tək qalan uşaq əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə xilas edilib. Mətbəxdəki yanan əşyalar dəhlizə çıxarılıb. Alovun qarşısı alınıb.
Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in 4 texnikası və canlı qüvvəsi cəlb edilib. Azyaşlı isə həkim nəzarətinə götürülüb.
Qonşuların verdiyi məlumata görə, hadisə vaxtı uşağın valideynləri evdə olmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib