Dərc edilib: 06-02-2020

https://www.nuh.az/22486-.html

Əskər Akayevin oğlu 44 yaşında vəfat etdi

06.02.2020 14:47:23

Mədəniyyət

Qırğızıstanın ilk Prezidenti Əskər Akayevin böyük oğlu Aydar Akayev 44 yaşında Moskvada vəfat edib.


“Qafqazinfo” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, o, ürəktutmadan dünyasını dəyişib. Digər təfərrüatlar açıqlanmır.

Bildirilir ki, Aydar Akayev həyat yoldaşı, oğlu və qızı ilə birlikdə Moskvada yaşayırmış.

Qeyd edək ki, Aydar Akayevin ilk evliliyi Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin ən kiçik qızı Aliyə ilə olub. 

 

 

2001-ci ildə, 25 yaşında Qırğızıstan Maliyyə nazirinin müşaviri təyin edilib. Atası hakimiyyətdə olduğu müddətdə (1990-2005-ci illər) Milli Olimpiya Komitəsinə rəhbərlik edib və Qırğızıstan Boks Federasiyasının Prezidenti olub.

Bacısı Bermet ilə birlikdə millət vəkili seçilib, lakin  ölkədə hakimiyyət dəyişikliyindən sonra onların deputat mandatları ləğv edilib.

 

 

Xalq iğtişaşları səbəbindən 2005-ci ildə ailəsi ilə birlikdə Moskvaya köçüb. Bundan sonra Aydar Akayevə qarşı dörd cinayət işi açılıb, ziyanı təxminən 3 milyon dollar qiymətləndirilib.

Nazarbayevin qızından boşandıqdan sonra Çokubayevlər ailəsinin kino dairələrində məşhur olan qızı Saykal ilə ailə qurub.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib