Dərc edilib: 06-02-2020

https://www.nuh.az/22496-.html

16 yaşlı oğlanla gizli yazışan nazir istefa verdi

06.02.2020 21:57:56

Reportaj

Şotlandiyanın maliyyə naziri Derek Makkey 16 yaşlı yeniyetməylə şəxsi yazışmalarının yayımlanması ilə bağlı yaranmış qalmaqala görə istefa verib.

Qaynarinfo BBC-iə istinadla xəbər verir ki, nazir altı ay ərzində sosial şəbəkələrdə yeniyetmə oğlanla yazışıb. O, gəncə tez-tez "çox gözəlsən" deyib və yeməyə dəvət edib. Makkeyin həmsöhbətinin neçə yaşında olduğunu bildiyi, lakin yenə də ünsiyyətə davam etdiyi bildirilir. Bununla birlikdə, o, oğlandan "dostluqlarını" gizli saxlamağı xahiş edib.
Yazışmalar dərc olunduqdan sonra Makkey axmaq hərəkət etdiyini söyləyərək yeniyetmə və onun ailəsindən üzr istəyib. Ardınca isə istefasını elan edib.
Qeyd edək ki, Derek Makkey 1977-ci ildə doğulub. Şotlandiya Milli Partiyasının üzvüdür. Makkey 2013-cü ildə gey olduğunu deyərək həyat yoldaşından boşanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib