Dərc edilib: 07-02-2020

https://www.nuh.az/22501-.html

Bakıda ər avtomobillə arvadının üzərindən keçdi

07.02.2020 09:59:50

LIVE

Bakıda bədbəxt hadisə baş verib. 


“Report”   xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. 

Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.  Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.   

Faktla bağlı araşdırma aparılır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib