Dərc edilib: 07-02-2020

https://www.nuh.az/22503-.html

Sabah saat 8-də təşviqat bitir

07.02.2020 10:26:16

LIVE

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası sabah başa çatır.


"Qafqazinfo" xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 8-i saat 08:00-a qədər olan zamanı əhatə edir.

Xatırladaq ki, təşviqat kampaniyası yanvarın 17-də başlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib