Dərc edilib: 07-02-2020

https://www.nuh.az/22504-.html

Vilayət Eyvazov rayona yeni rəis təyin etdi

07.02.2020 10:34:51

Hadisə
Daxili İşlər Nazirliyində daha bir təyinat olub.
oxu.az   xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Arzu Rzayev Kürdəmir Rayon Polis Şöbəsinə rəis gətirilib.
O, bundan əvvəl Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib