Dərc edilib: 07-02-2020

https://www.nuh.az/22507-.html

Kişilərə 164 gün atalıq məzuniyyəti veriləcək

07.02.2020 13:05:18

Dünya
Finlandiya hökuməti ataların uşaqları ilə daha çox vaxt keçirmələrini təmin etmək məqsədilə hər iki valideynə də eyni müddətə icazə verilməsi ilə bağlı planlarını açıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ödənişli valideynlik məzuniyyəti 164 günə, ümumilikdə isə 14 aya qədər artırılacaq. 

Digər skandinaviya ölkəsi İsveçdə isə Avropanın ən uzunmüddətli valideynlik məzuniyyəti verilir. Burada uşağın doğulmasından etibarən hər valideyn 240 gün məzuniyyət götürə bilir.
Finlandiya da bu dəyişikliklə gender bərabərliyini təmin etmək istəyir. Hazırda bu ölkədə doğum üçün məzuniyyət 4 ay 2 gündür. Atalar isə uşaqlarının 2 yaşı olana qədər 2 ay 2 gün məzuniyyət götürə bilirlər. Bununla yanaşı valideynlər arasında paylaşıla biləcək 6 aylıq məzuniyyət də var. Lakin ataların sadəcə 25 faizi bu hüquqlarından istifadə edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib