Dərc edilib: 07-02-2020

https://www.nuh.az/22509-.html

Düzgün SEÇİM edək və MAT qalmayaq

07.02.2020 13:24:18

Maraqlı

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən millət vəkilliyinə nəmizədliyini irəli sürmüş Azərbaycan qadın şahmatının uzun illər lideri , Beynəlxalq Qrossmeyster Zeynəb Məmmədyarov parlamentdə təmsil olunacağına inamlıdır.

 

“Qafqazinfo” xəbər verir ki, ölkəmizi daimi beynəlxalq arenada tanınan şahmatçımıza həmkarları da dəstək olublar. 

Tanınmış şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Türkan Məmmədyarova, Günay Məmmədzadə və başqaları seçiciləri Zeynəb Məmmədyarovaya  inanmağa və dəstəkləmyə çağırıblar. 
Daim bayrağımızı yüksəldən Məmmədyarova seçiciləri Ölkə Başçısı Cənab İlham Əliyevin gənclərə çağırışını özünə rəhbər tutaraq ,millət vəkilləri haqda cəmiyyətimizdə yaranan mənfi fikirlərdən uzaqlaşmağa çağırıb. Böyük islahatlar dönəmində özünü parlamentdə görmək istəyən şahmatçımız xalqımızı aktiv olmağa, hüquqlarından yararlanaraq gələcəklərinə işıq saçmağa dəvət edib:

“Daim Azərbaycan üçün xidmət etməkdən qüruru duymuşam. Bugünə qədər məni sevən hər kəsi sevindirməkdən xoşbəxt olmuşam. Hər zaman dövlətimin və xalqımın xidmətində əlimdən gələni əsirgəməmişəm. Məni seçənlərin gələcəkdə səsi, köməyi olmağa çalışacam. Hüququnuzdan yararlanın ki, gələcəkdə bəhrəsini görəsiniz. Səsimizi birlikdə çatdıraq”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib