Dərc edilib: 07-02-2020

https://www.nuh.az/22510-.html

"Dövlət rıçaqlarını seçki saxtakarlığında alət etməyin" - "...cavab verməli olacaqlar"

07.02.2020 13:35:29

Region

47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd Məhəmməd (Ərsoy) Zamanov namizəd olduğu şəhərin idarə və müəssisə rəhbərlərinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Cənab Prezident İlham Əliyev 9 fevral seçkiləri ilə bağlı olduqca qətiyyətli mövqe ortaya qoyub. Eyni zamanda bu seçkilərə qədər və seçki prosesi fonunda baş verən dəyişikliklər də Prezidentin ali iradəsinin təzahürüdür.

Amma maləsəf Mingəçevirdə hələ də öz şəxsi cılız maraqlarından çıxış edən bəzi idarə və müəssisə rəhbərləri var ki, onlar əslində Prezidentin məlum siyasətini sabotaj etməkdədirlər.

Mən şəxsən deputatlığa namizəd olaraq cənab Prezidentin çağırışı ilə bu gün seçkilərə qaılmışam, bu gün də həmin çağırışa söykənərək mübarizəmi davam etdirirəm.

Amma yazıqlar olsun ki, həmin bir para idarə rəhbərləi Mingəçevir sakinlərinin iradəsinin ziddinə olaraq seçkiləri saxtalaşdırmağı qət ediblər. Hərəsi bir üsulla 9 fevralda saxtakarlığa tədarük görür.

Mən həmin idarə rəhbərlərinə müraciət edirəm: "İstənilən bir qanun pozuntusu halında hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaqlar".

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib