Dərc edilib: 07-02-2020

https://www.nuh.az/22517-.html

İçərişəhərdə partlayış - 4 nəfər yaralandı

07.02.2020 18:43:42

Region

Bakıda qaz sızmasından partlayış baş verib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.

İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda 5 nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.

***

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda təcili tibbi yardım avtomobilləri hadisə yerindədir.

Hadisə nəticəsində 3 nəfər yanıq xəsarəti ilə təcili yardımla 5 saylı şəhər xəstəxanasına aparılıb. 1 nəfərə yerində yardım göstərilib.

Ətraflı məlumat veriləcək.

***

Partlayış nəticəsində xəsarət alanların adları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onlar - ev sahibinin atası, 77 yaşlı Vaqif İsmayılov və nəvələri 14 yaşlı Rəvan və 18 yaşlı Fəriddir. Yaralılar xəstəxanaya aparılıblar. Xəsarət alan digər şəxs - ev sahibi Ceyhun İsmayılova isə hadisə yerində yardım göstərilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib