Dərc edilib: 07-02-2020

https://www.nuh.az/22521-.html

Bakı metrosunda sərnişin özünü qatar yoluna atdı

07.02.2020 23:12:30

LIVE
Bakı metrosunun "Nəriman Nərimanov” stansiyasında sərnişinlərdən biri özünü qatar yoluna atıb.

"Bakı Metropoliteni"ndən Qaynarinfo-ya verilən məlumata görə, qatarı idarə edən maşinist çevik reaksiya verib və həmin şəxs xəsarət almayıb. Gərginlik xətdən ayrılıb, sərnişin stansiya yolundan çıxarılıb və polisə təhvil verilib.

Bu səbəbdən həmin xətdə on dəqiqəyədək yubanma olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib