Dərc edilib: 08-02-2020

https://www.nuh.az/22524-.html

Namizədlərin təşviqatı başa çatdı - Sabah seçkidir

08.02.2020 08:59:30

Reportaj

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatıb.


"Qafqazinfo" xəbər verir ki, növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da dayandırılır.

Qeyd edək ki, parlament seçkiləriylə bağlı namizədlər üçün təbliğat-təşviqat mərhələsinə yanvarın 17-də start verilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib