Dərc edilib: 08-02-2020

https://www.nuh.az/22534-.html

Azərbaycandan ABŞ-a xurma çəyirdəyində narkotik göndərmək istədilər

08.02.2020 16:45:05

LIVE

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhəddindən keçirilməsi cəhdinin qarşısı alınıb.


Dövlər Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) göndərilən, içərisində 3.5 kq şirniyyat olduğu göstərilən poçt bağlamasına Bakı Karqo Terminalının ixrac nəzarəti xəttində rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib və monitorda şübhəli əşyaların təsviri görünüb. Daha sonra kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib.

Hal şahidlərinin iştirakı ilə keçirilən təkrar yoxlama zamanı bağlamada, 3 ədəd polietilen paketdə xurma yükü olduğu müəyyən edilib. Bundan sonra yoxlama davam etdirilib və müəyyən olunub ki, qaçaqmalçılar "unikal" gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib