Dərc edilib: 08-02-2020

https://www.nuh.az/22538-.html

Elşən Musayevi fitə basdılar..deputat qaçdı VİDEO

08.02.2020 18:25:26

Hadisə

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri 110 saylı Zaqatala dairə seçki komissiyasından deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.


“Yeni Sabah” xəbər verir ki, zaqatalalılar çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər. Seçicilər E.Musayevin onların problemlərinə biganə qaldığını dilə gətiriblər. 

Seçicilərin kəskin etirazı ilə qarşılaşan namizəd görüşü yarımçıq qoyub zalı tərk etməli olub. Bu zaman zaldakılar onu fitə basıblar.

Həmin görüntüləri təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib