Dərc edilib: 08-02-2020

https://www.nuh.az/22543-.html

“Bunların hər üçü mənimlə oynayır...”- Elmira Rəhimova

08.02.2020 23:06:40

Mədəniyyət

Xalq artisti Elmira Rəhimova səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilib.
E.Rəhimova Moderator.az-a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitunda müalicə aldığını bildirib:
“Əsəb, diabet və təzyiqdən əziyyət çəkirəm. Hər üç  xəstəliyim hər gün mənimlə oynayır. Ona görə də bir neçə gün öncə vəziyyətim yaxşı olmadığı üçün xəstəxanaya yerləşdirildim. İndi özümü yaxşı hiss edirəm, müalicələrim davam edir. Həkimlər hələ bir müddət xəstəxanada qalacağımı deyirlər. Hamınıza təşəkkür edirəm”.
Qeyd edək ki, dünən E.Rəhimovanı xəstəxanada Xalq artisti Ənvər Sadıqov və aparıcı Hacı Nuran Hüseynov ziyarət edib. Hacı Nuran da Xalq artistinin səhhətinin yaxşı olduğunu bildirib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib