Dərc edilib: 08-02-2020

https://www.nuh.az/22544-.html

Qazaxıstandakı kütləvi dava hansı səbəbdən baş verib?

08.02.2020 23:46:41

Region

“Jambıl vilayətində 8 nəfərin ölümü ilə nəticələnmiş kütləvi dava məişət xarakteri daşıyır və heç bir milli məsələdən qaynaqlanmır”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Berdibek Saparbayev deyib:

“Biz hamımız Qazaxıstan vətəndaşıyıq. Burada heç bir milli münaqişədən söhbət gedə bilməz. Məişət münaqişəsi olub və hadisə təxribatçılar tərəfindən istifadə olunaraq başqa müstəviyə keçirilib. Bizim vəzifəmiz əhalinin təhlükəsizliyini və asayişin qorunmasını təmin etməkdir. Dünənki faciə təkrarlanmamalıdır. Bunun üçün regiona hökumət komissiyası və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib. Xahiş edirəm, sakitliyi qoruyun”.

Jambıl vilayətinin akimi Askar Mırzahmetov davada 1000 nəfərədək insanın iştirak etdiyini bildirib. O, Aukat şəhərində saxlanılan 44 nəfərin sərbəst buraxıldığını, 137 nəfərin həkimə müraciət etdiyini, onlardan 37-sinin xəstəxanaya yerləşdirildiyini, 9 nəfərin reanimasiyada olduğunu deyib.

Kütləvi toqquşmalar zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib