Dərc edilib: 09-02-2020

https://www.nuh.az/22550-.html

Qarın hündürlüyü 43 smı, temperatur mənfi 15

09.02.2020 13:49:20

Region
Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.
 APA   xəbərinə görə, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm,  Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib