Dərc edilib: 09-02-2020

https://www.nuh.az/22555-.html

"Təşvişə düşməyə ehtiyac yoxdur..."

09.02.2020 21:24:02

Müsahibə

"Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq. Neftin ucuzlaşmasına görə təşviş düşməyə ehtiyac yoxdur".
Bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.
"Bü gün azalan qiymət sabah arta da bilər. Biz dövlət büdcəsini tərtib edəndə bu proseslərə kifayət qədər ehtiyatlı yanaşmışıq. Bu il neftin büdcə qiyməti ötən illə müqayisədə azdır. Biz artıq büdcə qaydası üzrə işlərimizi qururuq, yəni artıq dahauzun müddətli proqnozlaşdırma əsasında işləyirik. Ən azı ortamüddətli proqnozlarımız var 2020-ci ilin büdcəsi neftin qiymətinin kəskin şəkildə enməsində belə sığortalanıb. Çünki büdcəyə manatla transferlər nəzərdə tutulub, onların məbləği dəyişmir Ucuzlaşma prosesi uzun çəkdiyi halda yəqin ki, iqtisadi siyasətimizə hansısa düzəlişlər edə bilərik. Amma mən hesab etmirəm ki, hazırda tələsik addımlar atmalıyıq. Kifayət qədər valyuta ehtiyyatlarımız da var, lazım gəldikdə arzuolunmaz şoklara cavab verə bilərik", - deyə o, qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib