Dərc edilib: 10-02-2020

https://www.nuh.az/22569-.html

Sabiq nazirin müalicəsi davam edir: “Tərpətmək olmaz...”

10.02.2020 13:54:38

LIVE
Sabiq daxili işlər naziri İsgəndər Həmidovun beynində işemiya var.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla deyib. O bildirib ki, Türkiyə həkimləri onun yerindən tərpənməməsini məsləhət görüb:

"Komadadır. Fevralın 8-də Türkiyədən professor gəldi, müayinə etdi. Hər iki beyində işemiya var, vəziyyət çox ciddi və kritikdir. Müalicə davam edir. Həkimlər dedi ki, onu başqa bir ölkəyə aparmaq, yerindən tərpətmək olmaz”.
Qeyd edək ki, bir neçə gün öncə sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. Koma vəziyyətində o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov fevralın 5-də "City" hospitala köçürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib