Dərc edilib: 10-02-2020

https://www.nuh.az/22577-.html

21 yaşlı gənc öldürüldü

10.02.2020 18:17:29

LIVE

Goranboyda 21 yaşlı gənc qətlə yetirilib. 


“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib. 

Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Faiq İsgəndərov bıçaq xəsarəti ilə Goranboy rayon xəstəxanasına çatdırılıb. Yaralı reanimasiya şöbəsinə qaldırılsa da həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Kamran Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Baş verən hadisənin səbəbi məlum deyil. 
Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib