Dərc edilib: 10-02-2020

https://www.nuh.az/22582-.html

İlqar Məmmədovdan Erkin Qədirli ilə bağlı

10.02.2020 23:00:43

LIVE

REAL Partiyasının sədri İlqar Məmmədov Erkin Qədirlinin 16 saylı Yasamal seçki dairəsində qələbə qazanmasına münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, o, partiya üzvünün halal qələbə qazandığını qeyd edib:

"Real Cümhuriyyətçilər İttifaqında Erkin Qədirli də, başqaları da halal qələbə qazanıblar. Erkin Qədirlidən başqa, digər halal qələbə qazananların haqqı tapdalanıb. Bu vəziyyətə ayrıca qiymət verəcəyik. Erkin Qədirli seçkini düzgün udub. Belə şəraitdə Erkin Qədirlinin haqqının tanınması, digərlərinin tapdalanması məqbul deyil". 

İ.Məmmədov bildirib ki, Erkin Qədirli mandatdan imtina edib-etməməsiylə bağlı qərarı özü verəcək: "Mən onun qərarını deyə bilmərəm. Biz Real Cümhuriyyətçilər İttifaqı olaraq müzakirə aparacağıq. Bizim onunla fikirlərimiz üst-üstə düşə də bilər, düşməyə də".

NUH informasiya agentliyi səhifəsindən çap edilib