Dərc edilib: 10-02-2020

https://www.nuh.az/22583-.html

Parlamentin ən gənc deputatı bu qız oldu

10.02.2020 23:28:02

LIVE

Milli Məclisin yeni tərkibində ən gənc deputatı xanımdır. 

Belə ki, 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsində məşhur ekspert Natiq Cəfərliyə qalib gələn Səbinə Xasayevanın 26 yaşı var.
Qeyd edək ki, Səbinə Xasayeva Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədr müavinidir. Azərbaycan Xarici dillər Universitetinin bakalavr pilləsini, Azərbaycan Neft və Sənaye Universitetində isə (MBA üzrə) magistr təhsil alıb. İngilis və norvec dilllərini mükəmməl bilir.
YAP tərəfindən namizədliyi irəli sürülmüş Səbinə Xasayevə artıq son iki bələdiyyə seçkilərində namizədliyi təmsil olunduğu partiya tərəfindən verilmiş bələdiyyə üzvü və bələdiyyənin sədr müavini seçilmişdir. Lökbatan bələdiyyəsində çalışdığı dövrdə özünü bacarıqlı kadr kimi göstərmişdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib