Dərc edilib: 11-02-2020

https://www.nuh.az/22592-.html

Azərbaycanda keçmiş deputat vəfat etdi

11.02.2020 10:49:13

LIVE
Azərkontrakt Səhmdar Cəmiyyətinin sədri, keçmiş deputat Miri Qənbərov 84 yaşında vəfat edib.

Bu barədə "Report”a onun yaxınları məlumat verib.

Qeyd edək ki, Qənbərov Miri Əhəd oğlu 1935-ci il mayın 25-də Lerin rayonunun Siyov kəndində anadan olub.1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışıb. İkinci və üçüncü çağırış (2000-2010-cu illərdə) Milli Məclisin deputatı olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib