Dərc edilib: 11-02-2020

https://www.nuh.az/22603-.html

Bakı məktəbində valideyn gözətçini döydü

11.02.2020 17:57:57

Kriminal

"Valideyn texniki işçinin saçından tutaraq ona qarşı fiziki zorakılıq edib”.

Bunu Qaynarinfo-ya Bakı şəhəri, 251 saylı orta məktəbin rəhbərliyi gözətçi ilə valideyn qalmaqalına münasibət bildirərkən deyib. 
Məktəbdən verilən məlumata görə, fevralın10-da saat 13:00-da valideyn və texniki işçi (qapıçı) arasında anlaşılmazlıq yaranıb:
"Uşaqları dərsdən çıxan vaxtı valideyn məktəbin giriş qapısında şagirdlərin hərəkətinə mane yaratdığına görə texniki işçi ona iradını bildirib. Valideyn isə israr edərək məktəbə daxil olmaq istədiyini söyləyib. Nəticədə həmin valideyn texniki işçinin saçından tutaraq ona qarşı fiziki zorakılıq edib. Qapıçı xanım da bununla bağlı əsəbi vəziyyətdə polisə müraciət edib”.
Qeyd edək ki, Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbində qeydə alınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib