Dərc edilib: 11-02-2020

https://www.nuh.az/22608-.html

Polis MSK-nın qarşısındakı aksiyanın qarşını aldı

11.02.2020 22:16:12

Region

Bir qrup deputatlığa namizəd Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd edib.

virtualaz.org  xəbər verir ki, aksiyada 10 saylı Binəqədi Üçüncü Dairəsindən deputatlığa namizəd Rəbiyə Məmmədova, Müsavat partiyasından deputatlığa namizəd Elman Quliyev və başqaları iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən saytımıza verilən məlumata görə, polis əməkdaşları namizədlərə aksiyanın qanunsuz olduğu barədə xəbərdarlıq edərək ərazini boşaltmalarını xahiş ediblər.
 
Virtualaz.org-un məlumatına görə, aksiyaya daha sonra daha bir neçə namizəd də qoşulub. Onların arasında ReAl-ın keçmiş liderlərindən olan Azər Qasımlı, NIDA üzvü Turqut Qəmbər, deputatlığa namizəd Fərhad Mehdiyev və başqaları da olub.

MSK-nın katibi etiraz edən namizədlərin qarşısına çıxıb, onları maraqlandıran suallar üzrə sabah şərh veriləcəyini bildirərək dağılışmalarını xahiş edib. O həmçinin bildirib ki, MSK-da seçkilərdəki pozuntular haqda sosial şəbəkələrində yayılmış videolardan xəbərdadır və komissiya onları araşdıracaq.

Ancaq deputatlığa namizədlər və onların tərəfdarları ərazini tərk etməkdən imtina edərək, onların qarşısına MSK sədri Məzahir Pənahovun çıxmasını tələb ediblər.

Bir müddət sonra əraziyə onlarla polis gəlib, onlar da etirazçılardan əraziləri azad etmələrini tələb ediblər. Tələbləri yerinə yetirilmədikdən sonra polis aksiya iştirakçilarını avtobusa mindirərək ərazisən uzaqlaşdırıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib