Dərc edilib: 12-02-2020

https://www.nuh.az/22616-.html

Hacı Nuran xəstəxanaya yerləşdirildi (FOTO)

12.02.2020 10:06:21

LIVE

Tanınmış aparıcı Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə aparıcı özü sosial şəbəkədə məlumat paylaşıb. 
Hacı Nuran son günlərin gərgin rejimi nəticəsində səhhətində bəzi problemlər yarandığını bildirib:
"Xəstəxananı sevməsəm də bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı.
Elə bilirdim ki, günü-günə satmaqla müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı. 2 saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi. Beləcə, bir müddət müalicə almalıyam".
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib