Dərc edilib: 12-02-2020

https://www.nuh.az/22619-.html

Tərtərdə ana 9 yaşlı oğlunu şişlə dağladı, ata şikayətçi oldu

12.02.2020 12:38:34

Kriminal

Tərtərdə ana 9 yaşlı oğlunu nadinclik etdiyi üçün şişlə dağlayıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Azadqaraqoyunlu kəndində yaşayan Könül Dünyamalıyeva evdə şişi qaz sobası üzərində qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü T. Dünyamalızadənin bud, çanaq, qol və əl nahiyələrinə basaraq dağlayıb.

Bu barədə polisə uşağın atası R.Dünyamalıyev şikayət edib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib