Dərc edilib: 12-02-2020

https://www.nuh.az/22620-.html

“Bakıda mərkəzi rayon yaradılacaq” - Eldar Əzizov

12.02.2020 12:43:55

LIVE

““Formula 1” Bakı üçün böyük yarışdır. Bakı son illərdə çox yaxşı sıçrayış edib. Güclü iqtisadiyyatımız sayəsində belə yarışlara rəhbərlik edirik. Önəmli beynəlxalq tədbirlərin təşkilatçısıyıq. Bunun müsbət tərəfini görürük”.


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə deyib. 

O bildirib ki, 2016-cı ildən indiyə qədər turistlərin sayı 4 dəfə artıb: “Yeni iş yerləri açılıb. 10 il bundan əvvəllə müqayisədə otellərin sayında xeyli inkişaf var. Sakinlərimiz böyük yarışlar sayəsində beynəlxalq arenaya inteqrasiya edir. Belə tədbirləri davam etdirmək istəyirik”.

BŞİH-ın başçısı Bakının beynəlxalq yarışlara hazırlığından danışıb: “Bu gün Bakıda infrastruktur müasir tələblərə cavab verir. Yeni yollar, komplekslər istifadəyə verilir. Yarışların təşkili heç bir çətinlik yaratmır. Paytaxtda əhalinin sayı dinamik olaraq 3 milyona yaxınlaşır. Hər şey sistemli şəkildə inkişaf edir”. 

Əzizov qarşıdakı illərdə keçiriləcək idman yarışlarından da söz açıb: “Biz dünyada gedən bütün prosesləri izləyirik. Beynəlxalq təcrübədən yararlanırıq. Çalışırıq ki, yeni forma metodlardan istifadə edək. Proseslərdə bizim nailiyyətlərimiz var”.

Eldar Əzizov “Bakıda yarışların keçiriləməsinə baxmayaraq tarixi abidələr necə qorunur?” sualına belə cavab verib: “Cənab Prezidentin çıxışı var idi ki, mərkəzi rayon yaradılacaq. Bu yaradılsa, tarixi abidələrə xüsusi xidmət göstəriləcək. Nəinki yeni binalar, köhnə binaların da bərpası gedir. Mərkəzi rayon yaradılandan sonra bu cür problemlər siyahıdan çıxarılacaq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib