Dərc edilib: 12-02-2020

https://www.nuh.az/22621-.html

Rusiyada şok qərar: Çətənə və xaşxaş əkməyə icazə verildi

12.02.2020 12:50:41

Region

Rusiyada çətənə və yuxu xaşxaşı əkməyə icazə verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yeni baş naziri Mixail Mişustin  fərman imzalayıb.
Bu fərmana əsasən, narkotik tərkibli bitkilərdən tibbdə, sənayedə və baytarlıqda istifadə etməyə şərait yaradır. Sənəddə çətənə və xaşxaşın həcminə aid tələblər də əksini tapıb. Yəni bu bitkilərin əkilməsinə faydalı ola biləcək dərəcədə icazə verilir.
Çox vacib nüanslardan biri də odur ki, çətənə və yuxu xaşxaşının əkilməsiylə yalnız hüquqi şəxslər məşğul ola bilər. Bu mənada narkotik asılılığı olan adamlar çox ümidlənməməlidir.
Qanun layihəsi hələ keçən il iyunun 19-da hazırlanmışdı. Çətənə və xaşxaş əkilməsi üçün xüsusi lisenziya alınmalıdır. Bundan əvvəl yalnız elm, təhsil sektorlarında narkotik tərkibli bitkilərin becərilməsinə icazə verilirdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib