Dərc edilib: 12-02-2020

https://www.nuh.az/22622-.html

Ramiz Yusubov Gədəbəy icra hakimiyyətindən pulunu tələb edir

12.02.2020 13:56:43

LIVE

Ramiz Yusubov  Gədəbəy icra hakimiyyətindən pulunu tələb edir

 

Yusubov Ramiz  Niftalı oğlu  NUH.az  saytına müraciət edərək, Gədəbəy  rayon  İcra Hakimiyyətinin başçısı  İbrahim Mustafayevin  Çobankənd İnzibati Ərazi üzrə nümayəndəsi  Bağırov Nizaməddin Valeh oğlundan şikayətçi olduğunu bildirib:

“ Mərhum atam Yusubov Niftalı Abbas oğlu Gədəbəy rayonu Qızılqaya kəndində adına olan ikimərtəbəli, hər mərtəbəsi 130 kv.m  fərdi yaşayış  evini və 0.28 ha həyətyanı torpaq sahəsini notarial qaydada rəsmi olaraq mənə vəsiyyət etmişdir. Mən atamdan mənə miras qalan mülkiyyəti  rəsmləşdirmək üçün əvvəlcə kəndimizin icra nümayəndəsi  Nizaməddin Valehovla görüşüb adımı kəndin təsərrüfat kitabına yazdırmaq istədim. Nizaməddin Bağırov məndən rüşvət istədi. Mən məcbur olub ona pul verdim. Nizamədiin Bağırov atamın vəsiyyətinin surətini və tələb etdiyi məbləği məndən alandan sonra adımı kəndin təsərrüfat kitabına yazdı və atamın vəsiyyətini  kitabın içinə qoydu. Sonradan mən atamdan mənə miras qalan mülki rəsmiləşdirmək üçün Gədəbəy məhkəməsinə müraciət etdim. Hakim mənim iddiamı qismən təmin etdi. Ancaq sonradan Gəncə Apelyasiya Məhkəməsi mənim tələbimi rədd etdi. Və əsas gətirdi  ki, guya mən vəsiyyətnaməni icra nümayəndəsi Nizaməddin Bağırova verməmişəm. Nizaməddin Bağırov ona verdiyim vəsiyyətnaməni və pulu inkar edir. Yalandan deyir ki, guya onun müavininə vermişəm. Mən hüquq mühafizə orqanlarından xahiş edirəm ki, Nizaməddin Bağırov barəsində müvafiq tədbir görsünlər, mənim pulumu qaytarsınlar və mənim atamın vəsiyyətinə uyğun olaraq hüquqlarım qorunsun”.

Ramiz  Yusubov eyni zamanda Məhkəmə-Hüquq Şurasına müraciət edir ki,  Gəncə Apelyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qanunsuz qətnaməsi  ləğv edilsin.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib