Dərc edilib: 12-02-2020

https://www.nuh.az/22625-.html

İlham Əliyev Kürdəmirə səfər edib

12.02.2020 14:56:59

Siyasət

Fevralın 12-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.
"Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.
Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib.
*14:23
 
Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində "Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. 
 
*14:19
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basıb.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.
Sonra Prezident İlham Əliyev "ASAN könüllüləri” ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.
*14:07
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gedib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib