Dərc edilib: 12-02-2020

https://www.nuh.az/22627-.html

“Bandotdel" Gülər Əhmədovanın oğlunu saxladı (FOTOLAR)

12.02.2020 21:42:20

Cəmiyyət
Fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

Hüquq mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, Toğrul Fikrət oğlu Əhmədov əməliyyat məlumatları əsasında saxlanılıb. 
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilib.
Baxış zamanı avtomobildən 1 ədəd "Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə cinayət işi qaldırılıb.
Qeyd edək ki, saxlanılan 1987-ci il təvəllüdlü Toğrul Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib