Dərc edilib: 13-02-2020

https://www.nuh.az/22638-.html

Hitlerin planlarını məhv edən sovet kəşfiyyatçısı öldü

13.02.2020 13:16:57

Reportaj

Diktator Adolf Hitlerin Polşanın ikinci ən böyük şəhəri Krakovu məhv etməsinə mane olan ən yaşlı sovet kəşfiyyatçısı Aleksey Botyan 104 yaşında dünyasını dəyişib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SBR) mətbuat bürosunun rəhbəri Sergey İvanova istinadən məlumat verib.

Qeyd olunur ki, fevralın 10-da Botyanın 103 yaşı tamam olub. O, reportajlarının birində 1944-cü ilin sonlarında Krakovda onun rəhbərlik etdiyi divizion qrupunun Adolf Hitlerin şəhəri məhv etmək planlarının qarşısını aldığını bildirib.

Botyan 1941-ci ildə kəşfiyyat məktəbini bitirib. Moskvanın müdafiəsində, həmçinin Belarus və Şərqi Avropada divizion və partizan əməliyyatlarında iştirak edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib