Dərc edilib: 13-02-2020

https://www.nuh.az/22639-.html

Nazarbayevin nəvəsi İngiltərədən siyasi sığınacaq istədi

13.02.2020 13:21:56

Maraqlı

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə o, öz feysbuk səhifəsində məlumat verib.

Nazarbayevin nəvəsi addımını ailəsinin ona təzyiq göstərməsi ilə izah edib. Aysultanın sözlərinə görə, o, bütün detalları “Times” jurnalına verdiyi müsahibədə qeyd edib.

Qeyd edək ki, A. Nazarbayev Qazaxıstanın birinci Prezidentinin böyük qızı Dariqa Nazarbayevanın oğludur. 

O, 2017-ci ildə feysbukda atasının ölümündən sonra narkotikdən istifadə etdiyini, lakin bu asılılıqdan xilas olduğunu bildirib.

Xatırladaq ki, 29 yaşlı Aysultan Nazarbayev Londonda bir polis işçisinə hücum edərək onu dişlədiyinə görə 2019-cu ilin oktyabrında şərti cəzaya məhkum edilib. Ona qarşı çıxarılan hökmdə, həmçinin, 18 aylıq sınaq müddəti və narkotik asılılığından müalicə olunmaq aktları da var.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib