Dərc edilib: 13-02-2020

https://www.nuh.az/22643-.html

Rauf Arifoğlu ilə İqbal Ağazadənin rəqib olduğu dairənin nəticələri ləğv olundu

13.02.2020 17:20:09

Müsahibə

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 35 saylı Xətai üçüncü sekçi dairəsində də parlament seçkilərinin nəticələrini ləğv edib.


Avropa.info xəbər verir ki, iclasda bildirilib ki, araşdırmalar zamanı həmin seçki dirəsi üzrə pozuntuların baş verdiyi müəyyən edilib və bu pozuntular həmin dairə üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.

İclasda həmin dairə üzrə seçkinin nəticələrinin ləğv edilməsi təklif olunub və təklif səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Abbasov Rauf Arif oğludur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib