Dərc edilib: 13-02-2020

https://www.nuh.az/22644-.html

Hadının da MANDA-sı ləğv olundu..

13.02.2020 17:36:28

Hadisə

74 saylı Lənkəran Kənd Seçki dairəsindən qeydə alınmış namizəd Rəvan Bəşirov və Əzizxan Əzizov Mərkəzi Seçki Komissiyasına müraciət edib.


“Qafqazinfo” xəbər verir ki, seçki məntəqələri üzrə nəticələrin ləğv edilməsini tələb edib. Səslərin hesablanmasında və protokolların tərtib edilməsində seçki qanun vericiliyinin pozulduğu, protokolların müşahidəçilərə verilməməsi faktları öz əksini tapıb. Bir sıra məntəqələrdə seçicilərin iradəsinə müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunub. 27 seçki məntəqəsində seçkilərin nəticəsi etibarsız hesab edilib.

Beləliklə, MSK qərara alıb ki, 74 saylı Lənkəran seçki dairəsində seçkilərin nəticəsi etibarsız hesab edilsin.

Qeyd edək ki, sözügedən dairədən lider namizəd Hadı Rəcəbli olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib