Dərc edilib: 13-02-2020

https://www.nuh.az/22645-.html

Qazovşik Hüseynbalanın da dairəsi ləğv olundu

13.02.2020 17:55:20

LIVE

33 saylı Xətai birinci seçki dairəsinin nəticələri ləğv edilib.


“Qafqazinfo” xəbər verir ki, MSK üzvü İlkin Şahbazov məlumat verib  bildirib ki, 3 istiqamət üzrə araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, mübahisələndirilən 21 məntəqə üzrə pozuntular aşkar olunub.

Beləliklə, MSK həmin dairədə də seçkilərin nəticəsini etibarsız hesab edib.

Qeyd edək ki, sözügedən dairədən lider namizəd Hüseynbala Mirələmov idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib