Dərc edilib: 14-02-2020

https://www.nuh.az/22653-.html

“Göstərir Bakı” ilə başlayan gündən 64 il ötür

14.02.2020 09:00:31

Mədəniyyət

Bu gün Azərbaycanda və şərqdə ilk televiziya olan, indiki AzTV kanalının yaranmasından 64 il keçir.


"Qafqazinfo" xatırladır ki, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib